Azərbaycan Atletika Federasiyası

Prezident:  Hüseynzadə Çingiz Muxtar oğlu
Ünvan:       AZ1072, Bakı şəhəri, Olimpiya küçəsi 5
Telefon:     (012) 465-72-74

Fəaliyyət növü:

Azərbaycan Atletika Federasiyası atletika idmanını təbliğ edir və onun inkişafına şərait yaradır, bu məqsədlə kütləvi yarışlar yürüçlər keçirir, onların birbaşa efirə verilməsini və digər kütləvi informasiya vasitələrində atletikanın təbliğini təşkil edir;

Məktəblilərin və çağırış yaşlı gənclərin silsilə yarışlarını təşkil edir və keçirir;

Atletikanı inkişaf etdirən klub, cəmiyyət, idman birliklərinin işini əlaqələndirir, bu təşkilatlarda atletika növlərinin inkişafı səviyyəsini müəyyənləşdirmək üçün müxtəlif kubok yarışları təşkil edir;

Ayrı-ayrı hazırlıq qrupları üzrə yığma komandaların təbrikini müəyyənləşdirir, bu komandalarda ayrı-ayrı növ qrupları üzrə təlim-məşq proqramları hazırlayır, yığma komandaya cəlb edilmiş idmançıların müstəqil monitorinqini keçirdir;

Atletika üzrə rayon, şəhər, zona, respublika birincilikləri, çempionatlarını təşkil edir və keçirdir;

Olimpiya Oyunları, BAFA və AAA rəsmi yarışlarında Azərbaycanı təmsil etmək üçün komandalar hazırlayır, təlim-məşq toplantıları keçirdir;

Yığma komanda üzvlərinin reytinq cədvəlini hazırlayır;

Azərbaycan Respublikası ərazisində atletika növləri üzrə beynəlxalq yarışların keçirilməsi istiqamətində iş aparır;

Müxtəlif hazırlıq qrupları ilə işlərin məşqçilərin , eləcə də hakimlərin peşə hazırlığını artırmaq üçün onları seminarlara göndərir, seminarlar təşkil edir və keçirdir;

BAFA və AAA qayda və reqlamentlərini öz fəaliyyətlərində tətbiq edir, onlara əsaslanır;

Atletikanın inkişafı üçün proqramlar işləyib hazırlayır və həyata keçirdir;

İdman mövsümünün nailiyyətlərinə görə hər il həvəsləndirici müsabiqələr keçirdir, qalib və mükafatçıları təbliğ edir;

Atletika idmanının inkişafında xidmətləri olan şəxslərin mükafatlandırılması və fəxri adların verilməsi üçün vəsadət qaldırır;

Atletika üzrə pullu xidmət göstərən qurumlar təsis edir;

Müxtəlif idman avadanlıqları və ləvazimatlarının istehsalı sahələrini yaradır;

Qanunvericiliyə müvafiq olaraq ticarət, iyaşə, xarici ticarət, iqtisadi, idman avadanlıqları qura, birgə müəssisələr yarada, beynəlxalq idman təşkilatlarına üzv ola, birbaşa əlaqə yarada, beynəlxalq təşkilatların tədbirlərində iştirak edə bilər;

Beynəlxalq təşkilatlar, federasiyalarla əlaqələr qurur, əməkdaşlıq edir, BAFA, AAA və digər beynəlxalq qurumların keçirdiyi seminar, müşavirə, təlim-məşq toplanışları və digər tədbirlərdə AAF-ın təmsilçilərinin iştirakını təmin edir;

Azərbaycan respublikası ərazisində atletikanı inkişaf etdirən bütün təşkilatların fəaliyyətini koordinasiya edir;

Uzun illər Azərbaycanı beynəlxalq aləmdə təmsil edən, dünya, Avropa çempionatlarında, beynəlxalq turnirlərdə çıxış edən idmançılara müavinət və təqaüdlər təyin edir.