Space TV

Ünvan:
AZ1073, Bakı şəhəri, H.Cavid pr., 8

Telefon:
(+99412) 510 00 03

Faks:
(+99412) 492 76 65

Sayt:
www.spacetv.az

E-poçt:
spacetv@artinfo.az

 

SPACE Müstəqil Teleşirkətinin ilk televerilişi 12 oktyabr 1997-ci ildə nümayiş olunub.

Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı SpaceTV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. Hal-hazırda şirkətdə 365 işçi çalışır. 1997-ci ildən başlayaraq ümumiyyətlə SpaceTV-də bir çox telelayihələr dəfələrlə Milli Mükafatlara layiq görülüb. Yayım ərazisi Avrasiya və Şimali Afrikadır. SpaceTV sutka ərzində orta hesabla 20 saat yayımlanır.

Müstəqil “SPACE” televiziya kanalı Azərbaycan Respublikasının bir çox Nazirlikləri ilə birgə layihələri var. “Siqnal” verilişi – Daxili İşlər Nazirliyi tərəfindən dəstək verilən və yaranan verilişdir. “Abituriyent” verilişi – SPACE telekanalının və DİM-in birgə yaratdığı layihələrdir. “Azərlotereya” verilişi – SPACE telekanalının və İqtisadi İnkişaf Nazirliyinin birgə yaratdığı layihədir.

2001-ci il 12 oktyabr tarixi Space Radiosunun ilk efir günüdür. Fm 104 Mhz dalğasında yayımlanır. Yayım 24 saatdır və verilişlərin 70%-i milli məhsuldur. Space Radiosunun müxtəlif janrlı verilişləri Azərbaycan hüdudlarından kənard da dinləyicilərin məhəbbətini qazanıb. Space 104 Fm dalğasında hər saat xəbərlər informasiya buraxılışı yayımlanır. Space Radiosu dəfələrlə beynəlxalq tenderlər qalibi olub. Həmçinin beynəlxalq Avrasiya fondunun tenderi də bu siyahıdadır. “SPACE” MRTŞ Avrasiya Televiziya və Radio Akademiyası ilə sıx əməkdaşlıq edir.

Əsas idman proqramları:

İdman hamı üçün - Hər həftənin bazar günü