Xəzər TV

Ünvan:
AZ1025, Bakı ş., Nobel Prospekti, Süleyman Əhmədov küç. 2239

Telefon:
(+99412) 404 31 13

Sayt:
www.xezertv.az

E-poçt:
info@xezertv.az

2 oktyabr 2007-ci il tarixində saat 20:00-da Atatürk prospekti 28 ünvanında yerləşən binasından yayımını başlayan Xəzər TV daha sonar 2015-ci ilin dekabr ayının 30-da Xətai rayonu, Nobel prospektində yeni binasına köçürüldü. Bina 10 mərtəbədən, 265 otaqdan ibarətdir. Binanın açılışında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdilər. 29 yanvar 2016-cı il tarixində Xəzər TV 16:9 HD təsvir formatlı yayıma keçmişdir. Həmin ilin fevral ayının 2-də isə xəbər studiyasını yeniləmişdir. Kanal 4 Sentyabr 2016-cı ildə loqotipini dəyişmişdir. 19 Sentyabrda isə xəbər studiyasını bir daha yeniləmiş və yeni yayım dönəminə başlamışdır. Hal-hazırda yayım Azerspace-1, Hotbird 13C peyki ilə və Azərbaycanın bütün kabel televiziyaları vasitəsilə davam edir.