Sportsman

Ünvan:
Bakı, Zahid Xəlilov 23, BDU-nun Üzgüçülük Kompleksi

Telefon:
(+994 12) 511 15 32

Sayt:
www.sportsman.az

E-poçt:
info@sportsman.az

Baş redaktor:
Rəşad Qəmərşahoğlu

2004-cü il yanvar ayının 31-də, Bakı Caz Mərkəzində ölkənin idman ictimaiyyətinin, KİV nümayəndələrinin iştirakı ilə keçirilən təmtəraqlı bir mərasimdə “Sportsman” jurnalı oxucularının görüşünə gəldi. 

Dünyanın ən möhtəşəm idman arenalarında qalib idmançılarımızın şərəfinə bayrağımız yüksəlir, himnimiz səslənir. “Sportsman” jurnalı da öz qaliblərinə söykənərək, respublikamızda idmanın təbliği, bu aləmdə baş verən ən mühüm hadisələrlə bağlı mütəxəssis rəylərini mütəmadi oxucularına təqdim edir.

Öz səhifələrində Azərbaycan və dünyanın idman ulduzlarından, görkəmli şəxsiyyətlərin həyatından bəhs edən maraqlı məlumatlara, eləcə də idmançılara verilən həkim məsləhətlərinə də rast gəlmək olar. Əsas məqsədimiz isə gənc nəslə sağlam həyat tərzini təlqin etmək, onlara mübarizlik və döyüşkənlik xüsusiyyətlərini aşılamaqdır. 

Direktor: 
Etibar Hüseynov

Məsul redaktor:
Kəmaləddin Rzayev

İctimai Əlaqələr üzrə menecer:
Cavid Allahverdiyev