İlin yekunları - 2020

2020-ci il ölkəmizin tarixində acılı-şirinli izlərlə yadda qalacaq. Bəşəriyyətə meydan oxuyan koronavirus (Covid-19) pandemiyası həyatımızın bütün sahələrində olduğu kimi idmanda da ağlasığmaz məhdudiyyətlərə səbəb olub. Bununla belə, ara-sıra milli və beynəlxalq yarışlar keçirilmiş, onlayn görüşlər, konfranslar təşkil edilmişdir. Mediamız ölkə, qitə və dünya miqyasındakı bu olaylara seyrçi qalmamış, idman həvəskarlarını intizarda saxlamamış, ölkə və dünya Olimpiya hərəkatı və idmanının   pandemiya dövründə vəziyyəti, baş verən mühüm hadisələr barədə maraqlı çıxışlara geniş yer vermişdir. Elə müstəqil idman yazarlarımız da var ki, onlar saytlar, sosial media üzərindən daha çox faydalı informasiyalar paylaşaraq bu sahədə boşluğu doldurmağa çalışirlar.

2020 Azərbaycan üçün 44 günlük Vətən müharibəsində şanlı qələbəmiz, 30 ilə yaxın erməni işğalında olan doğma Qarabağ torpaqlarımızın azad edilməsi ilə olduqca əlamətdardır və ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılmışdır. Bu böyük qələbədə jurnalistlərimizin, digər yaradıcı insanların, o cümlədən idman yazarlarımızın da xüsusi rolu olmuşdur. Odur ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AİPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 25 yaşının tamam olduğu yubileyi ilində ənənəvi qalib nominasiyalarını həmişəkilndən fərqli təqdim edir.

VƏTƏN MÜHARİBƏSİNDƏ ÖN CƏBHƏDƏ
ŞÜCAƏT GÖSTƏRMİŞ İDMAN MEDİASI ƏMƏKDAŞLARI

Süleyman Vəliyev                                        CBC SPORT
Xəyal Sadıqov                                              CBC SPORT
Mehman Əşrəfov                                          sportal.az
Daşqın Əziz                                                   offsideplus.az
Mahal Məmmədov                                        Azərbaycan Futzal Federasiyası
Vüsal Qurbanov                                            ATV
Emin Səfərov                                                qafqazinfo.az

VƏTƏN UĞRUNDA CANINI FƏDA ETMİŞ BÜTÜN ŞƏHİDLƏRİMİZİN RUHUNA DƏRİN EHTİRAMLA
şəhid Ülvi Məmmədovun atası, komanda.az saytının yazarı Vüqar Məmmədov
xüsusi diplomla təltif edilir

2020-Cİ İLİN İDMAN LAUREATLARI

İLİN İDMAN JURNALİSTİ
Anar İsgəndərov (Şəbanoğlu)                                           Müstəqil jurnalist

İLİN İDMAN TELEJURNALİSTİ
İlkin Xəlilov (Fikrətoğlu)                                                     ATV

İLİN TELEAPARICISI
Əminə Kazımova                                                              CBC SPORT

İLİN TELEŞƏRHÇİSİ
Rüstəm Əfsərli                                                                 CBC SPORT

İLİN RADİO JURNALİSTİ
İlkin Baba                                                                     Azərbaycan Radiosu  

İLİN MƏTBUAT KATİBİ
Elmar Abdullazadə                                                          “Zirə” Futbol Klubu

İLİN İDMAN FOTOREPORTYORU
Rüstəm Fərman İsmayılov                                              azpress.az  

İLİN İDMAN İNFORMASİYA AGENTLİYİ
Azərbaycan Dövlət İnformasiya Agentliyi - AzərTAC

İLİN İDMAN TELEKANALI
İTV

İLİN İDMAN RADİOSU
Azərbaycan Radiosu

İLİN İDMAN QƏZETİ
“Futbol+”

İLİN İDMAN SAYTI
qol.az   

İLİN İDMAN KİTABI
“Şuşalı laynsman Tofiq Bəhramov”,
 Müəllif Əbülqasım Novruzov, Bakı – 2020, “Avropa” Nəşriyyatı

İLİN İDMAN XADİMİ
Fariz Nəcəfov                                             “Qəbələ” Futbol Klubunun prezidenti, Vətən   müharibəsinin könüllü iştirakçısı

İLİN İDMANÇISI (qadınlar)
1. İrina  Kindzerska                    cüdo                   Avropa çempionatı, gümüş medal

2. Zöhrə Ağamirova                    bədii gimnast     Avropa çempionatının finalçısı

3. İrina   Zaretska                        karate                 Beynəlxalq turnirin qalibi

(kişilər)

1. Orxan Səfərov                       cüdo                    Avropa çempionu

2. Tayfur Əliyev                         boks                     Olimpiadaya lisenziya qazanıb

3. İslambek Dadov                    güləş                    Fərdi Dünya Kuboku, gümüş medal

İLİN KOMANDASI
Bədii gimnastika üzrə milli komanda                Avropa çempionatı, gümüş medal

İLİN MƏŞQÇİSİ
Mariana Vasilyeva                                            Bədii gimnastika, millinin baş məşqçisi

İLİN İDMAN QURĞUSU

Türkiyənin Başakşəhər Fatih Terim stadionu

(Turkiye: Başakşehir Fatih Terim Stadyumu)