İlin yekunları - 2015

İLİN İDMAN JURNALİSTİ
İdman qəzetləri üzrə - Səadət Hakıyeva (“Olimpiya dünyası”)
Futbol qəzetləri üzrə - Həbib Aslanov (“Futbol+”)
İdman jurnalları üzrə - Anar Əhmədov (“Olimp sport”)
Rayon qəzetləri üzrə - İbrahim Şükürov (“Yeni həyat”, Masallı)
İctimai-siyasi qəzetlər üzrə - Sahib Əsədbəyli (“Ədalət”)
Televiziya üzrə - Sənan Şəfizadə (ATV)
İnformasiya agentlikləri üzrə - Tengiz Məmmədov (APA)
İnternet portalları üzrə - Kənan Məstəliyev (rekord.az)

İLİN FOTOREPORTYORU
Eldəniz Bədəlov - AFFA, “Futbol dünyası”

İLİN QƏZETİ
İdman qəzetləri arasında “Olimpiya dünyası”
Futbol qəzetləri arasında “Futbol+”
Rəsmi qəzetlər arasında “Xalq qəzeti”
İctimai-siyasi qəzetlər arasında “525-ci qəzet”
Rus dilində çıxan qəzetlər arasında “Exo”

İLİN İDMAN TELEKANALI
İctimai Televiziya

İLİN İDMAN RADİOSU
Azərbaycan Radiosu

İLİN İDMAN XADİMİ
Mehriban Əliyeva - Azərbaycanın birinci xanımı, Bakı-2015 I Avropa Oyunları Təşkilat Komitəsinin sədri

İLİN İDMAN TƏŞKİLATÇISI
Arif Rəhimov - Formula 1 üzrə “Bakı Şəhər Həlqəsı” şirkətinin rəhbəri

İLİN İDMAN NƏŞRİ
“Şuşalı Qaçay pəhləvan” kitabı, Bakı-2015. Müəllif: Əbülqasım Yəhya oğlu Novruzov

İLİN İDMAN MƏTBUAT XİDMƏTİ
Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti

İLİN İNTERNET PORTALI
İdman saytları arasında “apasport.az”
İnformasiya saytları arasında “report.az”

İLİN İDMANI ƏN YAXŞI İŞIQLANDIRAN İNFORMASİYA AGENTLİYİ
AzərTAC

İLİN İDMANÇISI - KİŞİLƏR
1. Elvin Məmişzadə - Dünya çempionu (boks)
2. İlham Zəkiyev - Avropa çempionu, dünya kubokunun qalibi (cüdo, paralimpiya)
3. Oleq Stepko - Avropa oyunlarında 5 medal qazanıb (idman gimnastikası)

İLİN İDMANÇISI - QADINLAR
1. Boyanka Kostova - Dünya çempionu (ağırlıqqaldırma)
2. İrina Zaretska - Avropa oyunlarının qalibi (karate)
3. İradə Əliyeva - Dünya çempionu (nizəatma, paralimpiya)

İLİN KOMANDASI 
1. “Qarabağ” FK - Ölkədaxili yarışlarda və Avrokuboklarda uğurlu çıxış
2. Boks üzrə milli komanda (kişilər) - Dünya çempionatında yüksək nəticə
3. Taekvondo üzrə milli komanda - Dünya kubokunun qalibi

İLİN MƏŞQÇİSİ
1. Pedro Roque - Boks üzrə milli komandanın baş məşqçi
2. Qurban Qurbanov - “Qarabağ” FK-nın baş məşqçisi
3. Reza Mehmandost - Taekvondo üzrə milli komandanın baş məşqçisi

İLİN İDMAN HAKİMİ
Əliyar Ağayev - Avropa Liqasının qrup oyunu (futbol)

İLİN İDMAN AZARKEŞİ
Fədai Rəhimov