Offside +

www.offsideplus.az

Ünvan:
Əhməd Rəcəbli 46B

Telefon:
 

E-poçt:
offsideplus.az@gmail.com

Baş redaktor:
Seymur TEYMUROV
seymur@teymurov.com
(+994 50) 250 34 34

Azərbaycanın geniş oxucu auditoriyasına malik idman saytlarından biri olan “Offside+” 2013-cü ildə Facebook sosial şəbəkəsində “Offside” səhifəsinin yaradılması ilə təsis edilib. “Offside+” fəaliyyətinə Offside adı ilə Facebook və Instagram sosial şəbəklərində başlayıb və qısa vaxt ərzində 100.000-dən çox izləyici toplaya bilib.

Sosial şəbəkələrdəki aktivlik nəticəsində 2014-cü ildən etibarən www.offside.com.az adlı futbol saytı yaradıldı. Futbola həsr olunan sayt qısa vaxt ərzində İnternetdə populyar oldu. Sayt son futbol xəbərləri, transferlər, oyunların nəticələri və futbol ətrafında baş verən müxtəlif hadisələri işıqlandırmaqla ölkə idman ictimaiyyətində öz layiqli yerini tutdu.

2018-ci ildə “Offside” rebrendinq edərək, fəaliyyət sahəsini genişləndirdi, bütün idman sahələrini əhatə edən www.offsideplus.az idman portalını ictimaiyyətə təqdim edildi. Hazırda sayt ölkə və dünya idmanının ən vacib hadisələrini operativ olaraq oxucularının ixtiyarına təqdim edir.

“Offside+” fəaliyyətdə olduğu müddət ərzində müxtəlif mükafatlara layiq görülüb, ölkənin ictimai həyatında aktiv iştirak edib. “Offside+” 2016-cı ildə Azərbacanın ilk sosial media mükafatı olan “Bomba” mükafatlandırma mərasimində “İlin memi” nominasiyasının qalibi olub.

Saytın əsas məqsədi ölkə idmanının inkişafına və ölkədə futbola marağın artmasına töhvə verməkdir. “Offside+” missiyası izləyici auditoriyasını dünya və Azərbaycan idmanında baş verən hadisələr barədə operativ xəbərlər ilə təmin etmək və ölkənin çoxtirajlı idman mətbuatı olaraq idmanın inkişafına xidmət etməkdir.

“Offside+” sosial şəbəkələrdə də aktiv olmaqla izləyici auditoriyasını genişləndirir, izləyicilərin maraq və istəklərini nəzərə alaraq onlar üçün populyar capslar hazırlayır. Biz gənclərin intellektual inkişafına töhvə veririk. 2017-ci ildən etibarən müxtəlif idman mövzularını əhatə edən intellektual yarışma “PUB Quiz”lər təşkil edirik.

“Offside+” qeyd olunan istiqamətlər üzrə fəaliyyətini daha da genişləndirməyi və qarşıya qoyduğu məqsədlər üzrə nailiyyətlər qazanmağı planlaşdırır.