Abşeron Olimpiya İdman Kompleksi

İstifadəyə verilib:
16 noyabr 2017

Ünvan:
Xırdalan ş., Bakı-Quba yolu 17-ci km.

Telefon:
(+994 12) 349 17 09

Direktor:

Abşeron Olimpiya İdman Kompleksinin ərazisi 5.0 hektardır. Kompleksdə 957 yerlik universal tamaşaçı zalı, 150 yerlik üzgüçülük hovuzu, 150 yerlik güləş zalı, trenajor zalı, şahmat zalı, 74 yerlik akt zalı mövcuddur.

Bunlardan əlavə kompleksdə 60 yerlik yeməkxana, 1600 yerlik futbol stadionu, mini futbol meydançası, basketbol, tennis meydançası və voleybol meydançaları da mövcuddur.

Abşeron Olimpiya İdman Kompleksinin ərazisində 3 mərtəbəli 18 otaqlı 43 yataq yeri olan mehmanxana da vardır. Kompleksdə üzgüçülük, kikboks, cüdo, futbol, fitnes kimi idman bölmələri fəaliyyət göstərir.