Qobustan İdman Kompleksi

İstifadəyə verilib:
1 may 2013

Ünvan:
AZ3700, Qobustan ş., H.Əliyev pr. 5

Telefon:
(
+994 20) 245 14 06

Direktor:

5 hektarlıq ərazidə yerləşən Qobustan İdman Kompleksinin ümumi tikinti işlərinin sahəsi 6595 m2 təşkil edir. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq istəyən gənclərin məşqləri və yarışların keçirilməsi üçün hər cür şərait var. Kompleksdə ümumi sahəsi (48x24 m) 1152 m2 olan, 900 nəfər tamaşaçı tutumlu universal idman zalı, eləcə də trenajor otağı, müxtəlif iş və yardımçı otaqlar mövcuddur.

Qobustan İdman Kompleksi ərazisində 65x45 metr ölçüdə süni örtüklü futbol meydançası, 26x18 metr ölçüdə basketbol meydançası, 26x18 metr ölçüdə voleybol meydançası var.

Burada yaradılan şərait müxtəlif yarışları ən yüksək səviyyədə keçirməyə imkan verir.