“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 12 dekabr tarixli 509-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:


“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:


1. 1.0.27-ci maddə aşağıdakı redaksiyada verilsin:


“1.0.27. idman mərc oyunları – idman yarışlarının nəticələrinin və ya yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunlar;”;


2. aşağıdakı məzmunda 1.0.28-ci maddə əlavə edilsin:


“1.0.28. idman mərc oyunlarının operatoru-idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə bu Qanunun 53-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs.”;


3. 53-1.2-ci maddəyə “hüquqi şəxs” sözlərindən sonra “(idman mərc oyunlarının operatoru)” sözləri əlavə edilsin;


4. aşağıdakı məzmunda 53-1.6-cı maddə əlavə edilsin:


“53-1.6. İdman mərc oyununun iştirakçıları ilə idman mərc oyunlarının operatoru arasındakı bütün əlaqələr mərkəzi mərc sisteminə bağlı olaraq idman mərc oyunlarının satıcısı tərəfindən təmin edilir. İdman mərc oyunlarının satıcısı idman mərc oyunlarının operatoru ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2013-cü il