Toğrul Şəhriyar oğlu Əsgərov

Yariş: Olimpiya
İdman növü: Sərbəst güləş
Tutduğu yer: 1
İl: 2012
Keçirilmə yeri: London Yariş: Olimpiya
İdman növü: Sərbəst güləş
Tutduğu yer: 2
İl: 2016
Keçirilmə yeri: Rio-de-Janeyro

Toğrul Əsgərov 1992-ci il 17 sentyabr tarixində dünyaya gəlmişdir.
2008-2009-cu illərdə yeniyetmələr arasında keçirilən Avropa çempionatının qalibi, 2010-cu ilin gənclər arasında keçirilən Avropa çempionatının qalibi və dünya ikincisi, Moskvada keçirilən böyüklərin dünya çempionatının gümüş mükafatçısıdır.
2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında isə gümüş medal qazanıb. Toğrul Əsgərov həmçinin 2015-ci ildə baş tutan I Avropa Oyunlarının çempionu olub.
Toğrul Əsgərov 2012-ci ildə "Şöhrət" ordeni, 2015-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2016-cı ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. O, həmdə Gənclər və İdman Nazirliyinin versiyasına görə 2012 və 2015-ci illərdə "İlin ən yaxşıları" mükafatına layiq görülüb.
Toğrul Əsgərov həmdə Olimpiya Oyunlarında qızıl medal qazanan ən gənc Azərbaycanlı idmançı kimi tarixə düşüb.