Yariş: Olimpiya
İdman növü: Sərbəst güləş
Tutduğu yer: 2
İl: 1952
Keçirilmə yeri: Helsinki
Məmmədbəyov Rəşid Qarabəy oğlu 28 fevral 1927-ci ildə Bakının Şağan kəndində anadan olmuşdur.
1942-ci ildən Rza Baxşəliyevin başçılığı altında idmanın sərbəst güləş növü ilə məşğul olmağa başlayıb.
Keçmiş SSRİ Çempionatlarının 5 qat gümüş mükafatçısı olmuşdur.
1952-ci ildə ilk azərbaycanlı idmançı olaraq Finlandiyanın Helsinki şəhərində keçirilən Yay Olimpiya Oyunlarında gümüş medal qazanmışdır.
1951-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir.
1952-ci ildə SSRİ-nin Əməkdar İdman Ustası fəxri adını almışdır.
04 dekabr 1970-ci ildə Bakı şəhərində vəfat etmişdir.