Şərif Şərifov Naidhacav oğlu

Yariş: Olimpiya
İdman növü: Sərbəst güləş
Tutduğu yer: 3
İl: 2016
Keçirilmə yeri: Rio-de-Janeyro Yariş: Olimpiya
İdman növü: Sərbəst güləş
Tutduğu yer: 1
İl: 2012
Keçirilmə yeri: London

Şərifin iri beynəlxalq yarışlarda çıxışı 2008-ci ildən başlayır. Çempion böyüklər arasında 2009-cu ildən fəxri kürsüdə yer almağa başlayıb. Herninq Dünya çempionatında o, bürünc medalın sahibi olub. Bir il sonra Avropa çempionatında 2-ci olan Şərifov 2011-ci ildə dünya çempionu tituluna yiyələnib. Həmin il həmçinin Avropa çempionatının bürünc, Bakıda keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsinin qızıl medalını qazanıb.

2011-ci il gənc döyüşçünün karyerasında ən uğurlu il olub. Şərifov, həmçinin 2009 və 2010-cu ildə sonuncu yarışda 3-cü yeri də tutub. Londona 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında qalib olmaqla lisenziya qazanıb. Şərif Olimpiadada Türkiyə, ABŞ, İran ve Puerto-Riko idmançılarını məğlub edərək Azərbaycana qızıl medal qazandırıb.