Bakı Olimpiya Stadionu

Ünvan: Böyükşor şössesi

Tutumu: 69 780

Açılış tarixi: 6 mart 2015

Ot örtüyü: Təbii

Ev sahibi: Azərbaycan yığma komandası

Bakı Olimpiya Stadionu 69.870 tamaşaçı tutumuna malikdir. UEFA, FİFA və IAAF-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilib və tikilib. Azərbaycanın ən böyük stadiondur.

650.000 kv.m-lik ərazinin 225.000 kv.m-lik hissəsinin tikinti işləri 2015-ci ilin fevral ayında tamamlanmışdır. 6 mərtəbəli və 65.7 metr hündürlüyündə olan stadion Bakı şəhəri ərazisində Böyükşor Gölünün yanında salınmışdır və 6 mart 2015-ci ildə istifadəyə hazır vəziyyətə gətirilmişdir. Stadionun əsas icarəçisi Azərbaycanın futbol üzrə Milli Komandasıdır. Stadion 2015-ci ildə baş tutan Bakı-2015 1-ci Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilmişdir və eyni tədbirin açılış və bağlanış mərasimlərinə, həmçinin atletika idman növünə ev sahibliyi etmişdir.

Əlavə olaraq, stadionda UEFA-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və bir 1/4 final mərhələsi keçiriləcək. 2019-cu ildə isə UEFA Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçirilib. Stadion daxilində və xaricində çox avtomobillik dayanacaq sahəsi, gəzinti və yüksək infrastrukturla təchiz edilmişdir. Stadionun tikintisi podratçı şirkətin məlumatına əsasən 640 milyon dollara başa gəlib. Başqa bir mənbədə isə stadionun tikintisinin 775 milyon dollara başa gəldiyi yazılıb.