Eldar İsmayılov

AİJA-nın prezidenti

Atletlər idman tarixini yaradanlar, jurnalistlər, br az geniş anlamda desək, fotoreportyorlar, kinooperatorlar, rejissorlar, ümumiyyətlə, yaradıcı media əməkdaşları isə idman olaylarını operativ şəkildə milyonlara çatdıranlar, eyni zamanda bu tarixə möhür vuranlar, onu yaşadanlardır desək, əlbəttə, səhv etmərik.İdman haradadırsa, media da onun yanındadır.İdmanın təşkilatlanmasında, qayda-qanunlarının formalaşmasında da yazarların əməyi danılmazdır. Qədim idman ənənələrini, Olimpiya Oyunlarını, şərq döyüş sənətlərini, xalqların özünəməxsus oyun və mübarizə ənənələrini bugünümüzə çatdıranlar zaman-zaman yaşayıb-yaratmış, hadisələri qələmə almış salnaməçilər, dastançılar, yazıçılar deyilmi?Media bugünümüzün də idman tarixini qeydə alır, gələcək nəsillərə çatdırır.