Formula 1 Azərbaycan Qran Prisi 2020

  • 20 fevral 2020
  • 2690

Formula 1 Azərbaycan Qran Prisi 2020 də daxil olmaqla ümumilikdə Formula 1 Dünya Çempionatı üçün media nümayəndələrinə media akkreditasiyasının verilməsi Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) tərəfindən icra edilir və qeydiyyat iki yolla həyata keçirilir:

  • Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) vasitəçiliyi ilə yalnız yerli mətbu orqanlar, TV, Radio, agentliklər və veb-saytlar üçün onlayn akkreditasiya
  • 2020-cı il Formula 1 mövsümü üçün daimi və ya yarışdan-yarışa akkreditasiya sorğusu göndərən bütün beynalxalq mətbu orqanlar, agentliklər və veb-saytlar üçün Beynəlxalq Avtomobil Federasiyasının (FIA) veb səhifəsi üzərindən həyata keçirilən onlayn akkreditasiya

Diqqətinizə xüsusilə çatdırmaq istərdik ki, Formula 1 Dünya Çempionatının Bakı yarışına əməliyyat şirkəti tərəfindən aparılan akkreditasiya üçün qeydiyyat 29 fevral 2020-cı il tarixində saat 17:00-da başa çatacaq.

Qeydiyyat ərizəsini göndərməzdən əvvəl anketi nəzərdən keçirin və onu tam doldurduğunuza əmin olun. Natamam və gec göndərilmiş ərizə anketlərinə baxılmayacaq.

Əlavə suallarla bağlı, aşağıdakı əlaqə vasitələrilə əlaqə saxlaya bilərsiniz:

+994 12 404 13 83
accreditation@bakugp.az