Tokio 2020 baş tutacaqmı?

  • 06 fevral 2020
  • 2251

Bir qədər əvvəl Yaponiyanın Olimpiya naziri oyunların koronavirusun yayılması səbəbiylə başqa vaxta keçirilə biləcəyini söyləmişdi.

Beynəlxalq Antidopinq Agentliyinin ilk prezidenti,   1978-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü kanadalı Riçard Uilyam Dunkan Paund da Tokioda keçiriləcək Olimpiada-20-nin təxirə salına biləcəyini vurğulamışdı.

Dünən fevralın 5-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, sürətlə yayılan koronavirusun bu il Tokioda keçiriləcək Olimpiya Oyunlarına təsir edib etməyəcəyi ilə bağlı yayılan fərziyyələri təkzib edib.

Bax fevralın 4-də keçirilən mətbuat konfransında bəyan edib ki, Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki mənzil qərargahında keçirilən BOK İcraiyyə komitəsinin toplantısında   Tokio 2020-nin "nə ləğvi, nə də təxirə salınması xatırlanmadı."

Son toplantıda BOK rəhbərliyi 24 iyul - 9 avqust tarixlərində keçiriləcək Yay Olimpiya Oyunlarının müvəffəqiyyətinə "tam bağlılığını" ifadə edən bəyanat da yayıb.

Mətbuat konfransında Olimpiadanın təxirə salınmayacağına necə inandığını soruşduqda Bax belə cavab verib: “Çünki mütəxəssislərlə danışırıq. Biz bir idman təşkilatıyıq və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl edirik."

Bax, fevralın 27-də Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom və digər rəhbər şəxslərlə görüşüb. Bununla yanaşı, fevralın ortalarında BOK, Olimpiadaya ev sahibliyi edən Tokio şəhəri, Yaponiya hökuməti və Ümumdünya Səhiyyə Təşkilatı rəsmilərinin iştirak etdiyi birgə işçi qrupu da yaranıb.

Mətbuat konfransında Tokio Oyunlarının təxirə salınması barədə qərar vermə vaxtı ilə bağlı başqa bir suala cavab olaraq Bax vurğulayıb: "Spekulyasiya alovuna yağ əlavə etməyəcəyəm".

" Bəs Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edərsə BOK-un mövqeyi dəyişəcəkmi?" sualına isə “Mən bu cür adi spekulyasiyaların heç birində iştirak etməyəcəyəm" deyib və əlavə edib ki, "İdmançıların ixtisas seçimində iştirakına mane olan bir vəziyyət olarsa, kvota bölgüsü ilə bağlı beynəlxal federasiyalarla (BF) məsləhətləşməyimiz lazım ola bilər. Əgər belə hallar baş verərsə, biz BF ilə bu məsələyə baxacağıq və ədalətli bir həll tapmağa çalışacağıq. Bu ədalətli həll sonda, demək olar ki, beynəlxal federasiyaların qərarına əsasən iştirak edə bilsələr, məhdud sayda idmançı üçün kvota yerlərini artıracağıq."

Nərgiz Mahmudzadə
AİJA 1-ci vitse prezidenti
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) üzvü