AİJA üzvünə yeni təyinat

  • 25 aprel 2020
  • 2145

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) üzvü, Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Avropa Olimpiya Komitəsinin "İdmanda Gender Bərabərliyi" Komissiyasının və İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Vankuver 2010 və Soçi 2014 Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, "Bakı 2020" Təşkilat Komitəsinin icraçı direktoru, "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi, millət vəkili Könül Oruc qızı Nurullayeva Milli Məclisin qərarı ilə Azərbaycan - Xorvatiya parlamentlərarası işçi qrupunun rəhbəri seçilmişdir.

Könül xanım bununla əlaqədar fikrini bildirib:
- Əməkdaşlığın bütün sahələri üzrə iki ölkə arasında gələcək əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsi istiqamətində yorulmadan çalışacam.

AİJA kollektivi adından Könül xanımı təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!