Bu gün Hicran Hüseynovun anım günüdür

  • 06 may 2020
  • 1725

6 may Azərbaycan Televiziyasını diktoru, respublikanın əməkdar artisti, aktyor-jurnalist Hicran Hüseynovun anım günüdür.
Hicran sultan oğlu Hüseynov 1942-ci il may ayının 6-da Qəbələdə dünyaya gəlib. 1959-cu ildə Orada orta məktəbini bitirdikdən sonra Bakı Kitabxanaçılıq Texnikumunda (1959 – 1961) təhsil alıb, 3 il orduda xıdmət edib,1964-cu ilin avqust ayinda Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1968-ci ildə həmin institutu bitirərək təyinatla Sumqayıt Dövlət Dram Teatrına aktyor kimi göndərilmişdi.
Həmin teatrda bir il işlədikdən sonra yenidən sovet ordusuna zabit vəzifəsinə çağırılmışdı. İki illik vəzifə borcunu yerinə yetirdikdən sonra 1971-ci ildə Azərbaycan Televiziyasında müsabiqədən keçərək diktor kimi fəaliyyətə başlamışdır, orada, ali dərəcəli diktor titulunadək yüksəlmişdir.
2006-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Bir müddət "Mədəniyyət" kanalında baş redaktor olmuşdur.
1 mart 2013-cü ildə Bakıda vəfat etmiş, Mərdəkan qəbiristanlığında torpağa tapşırılmışdır.