Bu gündən açıq havada yarışların təşkilinə icazə verildi

  • 31 may 2020
  • 2218

Bu gündən Azərbaycanda açıq havada keçirilən idman yarışlarının təşkilinə icazə verilir. Bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir. 

Qeyd olunur ki, 31 may 2020-ci il saat 00:00-dan açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir.

Beləliklə, bu gündən futbol üzrə Azərbaycan Premyer Liqası klublarının məşqi, ardınca çempionatı bərpa oluna bilər. Bu məsələləri Klublar Komitəsinin saat 12.00-da başlayacaq videokonfransında AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri müzakirə edəcək.

İdman zallarının fəaliyyətinin dayandırılması qadağası isə iyunun 15-dək qüvvədə saxlanılıb.