Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının növbəti illik Ümumi Yığıncağı videokonfrans formatında keçirildi. Yığıncaqda AİJA-nın səlahiyyətli üzvlərindən 16 nəfər iştirak edirdi. Tədbirdə bir sıra məsələlər gündəliyə çıxarılmışdı.
Təşkilatın nizamnaməsinin yeni redaksiyada mətni səsə qoyularaq təsdiq edildi. Sonra Assosiasiyanın cari ildəki fəaliyyəti müzakirə olundu.
Yekunda İcraiyyə Komitəsində 2020-2024-cü illər dövrü üçün boş olan 2 vakansiya üzrə seçki keçirildi. AİJA və AIPS üzvü Natiq Nəsirov və Anar İsgəndərov (Şabanoğlu) AİJA-nın vitse-prezidentləri postlarına təsdiq edildilər.