HƏMRƏYLİK GÜNÜMÜZ MÜBARƏK!

  • 31 dekabr 2020
  • 2038

Əziz həmvətənlər!

Geridə buraxdığımız il xalqımıza faciəvi, kədərli anlarla yanaşı sevincli, fəxarətli günlər də yaşatdı. Bu xoşbəxtliyi bizə bəxş edən isə başda Ali Baş Komandan, cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman şəxsi heyəti oldu. İndi ərazi bütövlüyünü bərpa edən qalib Azərbaycan 2021-ci ilin astanasındadır. Müqəddəs torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!

Sizi Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və yeni il münasibətilə təbrik edirik! Qoy 2021-ci il xalqımıza və bütün dünyaya sülh və əminamanlıq gətirsin!