AİPS – AİPS AVROPA/UEPS – AİJA BEYNƏLXALQ ONLAYN KONFRANS

  • 01 mart 2021
  • 624

AIPS – AIPS EUROPE/UEPS – AİJA.

BEYNƏLXALQ ONLAYN KONFRANS

01 mart 2021.

Əvvəlcədən planlaşdırıldığı kimi, AİPS prezidenti, italıyalı journalist Ciannı Merlo dünya təşkilatımızın qitə seksiyaları ilə beynəlxalq onlayn konfranslara start verib.  Video formatda ilk toplantı İdman Mətbuatı üzrə Avropa İttifaqına - AİPS EUROPE/UEPS-ə daxil olan milli assosiasiyalarla bu gün Mərkəzi Avropa vaxtı ilə saat 14-də başlandı və bu dəqiqələrdə sona yetdi.

AİPS prezidenti “COVİD 19” pandenmiyası ilə əlaqədar 2020-ci ildə və hazırki şəraitdə dünyadakı, o cümlədən Avropadakı ümumi vəziyyətdən danışdı, dörd ildən bir keçirilən və hamının səbrsizliklə gözlədiyi möhtəşəm bir olayın -  Tokio Yay Olimpiadasının başqa əlverişli vaxta təxirə salınmasını, diqqətçəkən dünya və qitə yarışlarının ya ləğv edilməsi, ya da azarkeşsiz, tamaşaçısız keçirilməsindən söz acid, bu baxımdan idman mediasının da qlobal problemlər içərisinə düşdüyünü vurğuladı.  

Onlayn konfransa qatılan Avropa ölkələrininin milli idman jurnalistləri birliklərinin rəhbərləri  öz ölkələrindəki vəziyyət barədə məlumat verdilər.

Tədbirdə iştirak edən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının həmtəsisçisi və birinci vitse prezidenti Nərgiz Mahmudzadə AİJA-nın ötənilki fəaliyyəti və qarşıda duran əsas hədəfləri barədə avropalı həmkarlarımızı məlumatlandırdı. Qeyd etdi ki, “COVİD 19” pandemiyası ilə əlaqədar2020-ci il bütün dünyada olduğu kimi Azərbaycanda da böyük cətinliklər yaratdı. Həyata keçirilən sərt karantin tədbirləri nəticəsində böyük idman tədbirləri təxirə salındı. İstər açıq havada, istərsə də qapalı məkanlarda məşqlərə, yarışlara ara verilib. Keçirilən bəzi yarışlar isə azarkeşsiz baş tutur.

Bununla belə, AİJA bir sıra yaddaqalan tədbirlər keçirilməsinə nail ola bilib. Ötən ilin 3-6 fevralında AİPS-in Macarıstan paytaxtı Budapeştdə keçirilən 83-cü konqresində AİJA nümayəndə heyəti geniş tərkibdə təmsil edildi. AİPS nizamnaməsinə uyğun olaraq əsas nümayəndələr AİJA prezidenti, əməkdar jurnalist Eldar İsmayılov, 1-ci vitse prezident Nərgiz Mahmudzadə, müşaiyətçilər AİJA-nın hüquqşünası, “Qladiator” İdman Klubunun rəhbəri İlqar İsmayılov və gənc reportyor Fidan Əliyeva, həmçinin Fidanı müşaiyət edən valideynləri konqresə qatıldılar.

Ötən ilin əvvəlində AİJA özünün milli və beynəlxalq media mükafatlarını təsis etdi. İlk milli mükafat yanvarda 70 illik yubileyi tədbirində ölkədə tanınan idman xadimi, professor, AİJA üzvü Xanlar Qurbanova, ilk beynalxalq mükafat isə fevralda AİPS prezidenti Cianni Merloya təqdim edildi.

Pandemiya ilə əlaqədar sərt karantin tədbirləri tətbiq olunduğundan ölkədə bütün idman tədbirləri təxirə salındı, məşqlər qadağan edildi, 65+ insanların evdən çıxmalarına qadağa qoyuldu, evdən çıxmaq üçün SMS icazə tətbiq edildi. İdman jurnalistlərinin də işi məhdudlaşdı. Bununla belə yerli telekanallarda, yazılı və elektron mediada çalışan jurnalistlər fəallıqlarını davam etdirdilər. Onlayn tədbirlərə start verildi.

2020 AİJA-nın 25 illik yubileyi ili idi. Bu əlamətdar olayı xarici ölkələrdəki dostlarımızın iştirakı ilə geniş qeyd etməli idik, lakin məlum səbəbdən bu mümkün olmadı. Dekabrda AİJA-nın 25 illiyiu barədə ən mötəbər dövlət qəzetlərində - “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti” və “525-ci qəzet”, “Ədalət” kimi digər nüfuzlu nəşrlərdə və saytlarda çoxsaylı yazılar, fotolar dərc edildi.

AİJA ənənəsinə sadiq qalaraq ilin fərqlənən idman jurnalistlərinin adlarını açıqladı, il sonunda onların bir qrupunu mükafatlandırdı.

Dekabrın 27-də keçirilən onlayn toplantıda AİJA İcraiyyə Komitəsinin tərkibində dəyişiklik edildi, tanınmış idman jurnalistləri Natiq Nəsirov və Anar Şabanoğlu təşkilata yekdil səslə vise prezident seçildilər.

2021-ə də uğurla start verdik. İl təzə başlayanda yoluxma faizi yüksəldiyinə görə ölkədə ciddi karantin rejimi daha da sərtləşdirildi. Bununla belə, karantin şərtlərinə ciddi əməl edilməklə  fevralın 2-də ekstremal şəraitdə işləyən qabaqcıl, o cümlədən qazi idman jurnalistlərinin bir qrupu ilə AİJA mərkəzi ofisində görüş keçirildi, onlara sertifikatlar və qiymətli hədiyyələr təqdim edildi.

Fevralın 23-də isə idman mediasında çalışan yazarların peşə hazırlığının artırılmasının həyata keçirilməsi məqsədilə AİJA rəhbərləri ilə Azərbaycanın ən qədim və nüfuzlu ali təhsil ocağı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professor-müəllim heyəti arasında maraqlı görüş baş tutdu. Tərəflər arasında uzunmüddətli qarşılıqlı fəaliyyət barədə razılığa gəlindi.

AİJA-nın keçirdiyi son tədbirlərdə ölkənin tanınmış idman jurnalistləri iştirak etdilər. Bu tədbirlər ölkədə fəaliyyət göstərən 9 telekanal və bir çox saytlarda geniş işıqlandırıldı.

AİJA ilin sonuna qədər ölkədə karantin şəraitinin vəziyyətindən asılı olaraq bir çox maraqlı layihələr həyata keçirmək əzmindədir.