Gənc idman jurnalistləri üçün beynəlxalq seminar

  • 03 may 2021
  • 3101

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası – AIPS gənc idman jurnalistlərinə E-College layihəsini təqdim edir. Layihədə 30 yaşınadək idman jurnalistləri iştirak edə bilərlər. İştirakçılar ingilis, faransız, ispan və ərəb dillərindən birini bilməlidirlər.

4 may - 4 iyun tarixlərində virtual olaraq ödənişsiz təlimlər keçirilməsi nəzərdə tutulan E-College layihəsinin 12 sessiyasından ən azı doqquzunda iştirak edən gənc jurnalistlərə AIPS-in Beynəlxalq Sertifikatı veriləcək.

Qeydiyyat linki: https://forms.gle/6DwWe8Sm3m7yJ2VJA

Qeydiyyat keçməyə zaman məhduddur, tələsin.

Əlavə məlumat üçün AİJA prezidenti Eldar İsmayılova (050 2106225), yaxud vitse prezident Anar Şabanoğluna (050 765 68 77) müraciət edə bilərsiniz.