AİJA-nın ödənişsiz ingilis dili kursuna qeydiyyat başladı

  • 17 may 2021
  • 2801

UEFA-nın media tərəfdaşı olan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi - Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) inSportPress və RS Academy ilə birgə Bakının da ev sahibliyi edəcəyi futbol üzrə Avropa çempionatı ərəfəsində KİV nümayəndələri üçün ödənişsiz onlayn ingilis dili kursuna start verir. 

Məqsəd jurnalistlərimizin Avropa çempionatına kimi ingilis dilində elementar səviyyədə danışmasına və anlamasına nail olmaqdır. Bunda bizə RS Academy-nin rəhbəri, lisenziyalı IELTS mütəxəssisi Ramin Sayadov kömək edəcək.

Etopazın baş sponsorluğu ilə baş tutacaq ekspress kursa İdman TV, Estafet.az, Oxu.az, Qazet.az və Media.az informasiya dəstəyi verəcək.

Kursda iştirak etmək istəyənlər anar@aija.az elektron poçtuna və ya +994507656877 vatsap nömrəsinə yaza bilər. 

Qeydiyyat mayın 21-i, saat 19.00-da bitir.

Onlayn kurs mayın 21-i başlayacaq və həftənin tək günləri saat 21.00-da olacaq.

Yekunda iştirakçılara sertifikat veriləcək.

Ramin Sayadov haqda daha ətraflı bu PDF faylda tanış ola bilərsiniz.