Ödənişsiz onlayn ustad dərslərimiz davam edir

  • 02 iyun 2021
  • 2012

UEFA-nın rəsmi media tərəfdaşı olan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi - Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) Bakının da ev sahibliyi edəcəyi futbol üzrə Avropa çempionatı ərəfəsində KİV nümayəndələri, jurnalistika fakültələrinin tələbələri və məzunları üçün təlimlərini davam edir.
 
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə əməkdaşlığımız çərçivəsində iyunun 6-sı saat 12.00-da BDU Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova (Aslan) ödənişsiz onlayn ustad dərsi keçəcək. 

AİJA-nın BDU Jurnalistika fakültəsi və inSportPress-lə birgə təşkil etdiyi, İdman TV, Oxu.az, Estafet.az və Media.az-ın informasiya dəstəyi verdiyi ustad dərsində iştirak etmək istəyənlər anar@aija.az elektron poçtuna və ya +994507656877 vatsap nömrəsinə iyunun 5-i saat 22.00-a kimi müraciət edə bilər.

Vəfa İsgəndərova haqda buradan daha ətraflı məlumat ala bilərsiniz.