AİJA Beynəlxalq İdman Jurnalistlərini Gününü qeyd etdi

  • 02 iyul 2021
  • 2134

2 iyul Beynəlxalq İdman Jurnalistləri Günü Azərbaycanın idman mediası yaradıcı əməkdaşları üçün ikiqat bayramdır. Ölkədə həm bu əlamətdar gün qeyd edilir, eyni zamanda Danimarka və Çexiya milli komandaları arasında AVRO-2020 dörddəbir final oyununun şənbə günü, iyulun 3-də Bakı Olimpiya stadionunda keçiriləcəyinin sevinci yaşanır.

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası AİPS-in ölkədəki təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin Bakıdakı Olimpiya İdman Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzində idman jurnalistləri və futbol veteranları arasında yoldaşlıq görüşü keçirilib.

Oyundan əvvəl AİJA prezidenti Eldar İsmayılov həmkarları və veteran futbolçuları 2 iyul Beynəlxalq İdman Jurnalistləri Günü münasibəti ilə təbrik edib.

Daha sonra AİJA-nın vitse-prezidenti Anar Şabanoğlu bu bayramın başqa bir bayrama qarışdığını - paytaxtda AVRO 2020-nin final mərhələsinin son oyunu ilə eyni vaxta təsadüf etdiyini, Azərbaycan tairixində ilk dəfə AÇ final mərhələsində və final matçında oynamış və çempionatın  gümüş medalına layiq görülmüş mərhum futbolçu Anatoli Banişevskinin həyat yoldaşı Səidə Banişevskayanı və veteran futbol həkimi Boric Xetaqurovu rəmzi olaraq oyunda topa ilk zərbəni vurmağa dəvət edib.

Dostluq şəraitində keçən görüş 5:5 hesab ilə başa çatıb. 

Matcda veteranlardan Elxan Abdullayev, Hüseyn Məhəmmədov, Rəşad Abdullayev, Xəqani Məmmədov, Eldəniz Məmmədov, jurnalistlərdən isə Şəmsəddin Abbasov, Rüstəm Əfsərli, Ümid Süleymanov, Sənan Abdullayev, Xanoğlan İmanov fərqləniblər.