Zəfər günü şərəfinə peşəkar boks gecəsi

  • 06 noyabr 2021
  • 92

Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi, “Qarapapaq Fight Club & Promotion” və “Olimp Pro”nun birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş Qarapapaq Peşəkar Boks Gecəsi Bakı İdman Sarayına toplananlara xoş anlar bəxş etdi. 

Tədbirin əvvəlində müqəddəs Qarabağ torpağı uğrunda döyüılərdə həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra orta və ağır çəki dərəcələrində döyüşlər keçirildi.  

Hakimlərin yekdil qərarı ilə Fuad Tarverdi, Əzrək Bəbirov, Kənan Kazımov, Nihat Abdullayev, Ruslan Məmmədov Rauf Ağayev qaliblər sırasında yer aldılar. Pərvin Heydərovla Nicat Həsənov isə turniri heç-heçə ilə başa vurdular.

Qaliblərə qiymətli mükafatlar təqdim edildi.

Gecədə ölkənin idman ictimaiyyətinin tanınmış simaları, olimpiya və dünya çempionları, ictimai-siyasi xadimlər, tanınmış iş adamları və çoxsaylı azarkeşlər iştirak etdilər.

 

Nurlana Əliyeva,

AİJA və AİPS üzvü