Qarabağ Azərbaycandır! Zəfər gününüz mübarək!

  • 08 noyabr 2021
  • 2263

Bir il əvvəl və bu gün Bakımızın Azadlıq Meydanında keçirilən  Azərbaycanın möhtəşəm qələbəsinə həsr olunmuş Zəfər paradı tarixin yaddaşına həkk olundu.

44 günlük müharibə nəticəsində zəfərin tacı olan bu parad ilə Azərbaycan bütün dünyaya bir daha gücünü nümayiş etdirdi. Dünyaya aydın oldu ki, Türkiyə-Azərbaycan dostluq və qardaşlığ münasibətləri digər dövlətlərin qardaşlıq münasibətlərindən öndədir.

44 günlük Vətən Müharıbəsində qələmi süngü ilə əvəz edən bir sıra idman jurnalistlərimizin də izi oldu. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası müharibənin gedişində onlar barədə müfəssəl informasiyalar, fotoşəkillər yaydı, doğma Qarabağımızın azad edilməsi və düşmənin kapitulyasiya aktını imzalamasından sonra  bu igidləri mərkəzi ofisinə dəvət edərək mükafatlandırdı. 

Bizə qələbə sevinci yaşadan Ali Baş Komandanımız İlham Əliyevə, müzəffər ordumuza daim minnətdar olacağıq.

Müharibədə canlarını Vətən uğrunda fəda etmiş şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qanlı döyüşlərdə n sağ çıxan bütün qazilərimizə şəfalar və uzun ömür arzulayırıq.

Qarabağ Azərbaycandır!