AİJA nümayəndəsi Dünya Həvəskar İdman Şurasına üzv seçilib

  • 17 noyabr 2021
  • 2032

Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, Bukido Dünya Federasiyasının baş katibi Cavid Allahverdiyev, Dünya Həvəskar İdman Şurasına üzv seçilib.

Təqdimat mərasimi Hindistanın Dehli şəhərində nəzərdə tutulsa da, pandemiya şəraitinə görə tədbir onlayn formada keçirilib.

Xatırladaq ki, Cavid Allahverdiyev Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının İcraiyyə Komitəsinin üzvüdür.