Yubileyiniz mübarək, əziz Prezidentimiz!

  • 24 dekabr 2021
  • 572

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 60 yaşı tamam olur.

Azərbaycanın qabaqcıl jurnalist təşkilatı, idman mediasına töhfə verən yaradıcı peşə sahiblərinin milli birliyi öz 26 illik fəaliyyətində cənab İlham Əliyevin qayğı və diqqətini daim hiss edib. Üzv olduğu İdman Mətbuatı üzrə Avropa İttifaqı və Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının icraiyyə komitələrinin toplantılarının, ardınca həmin təşkilatın 77-ci Ümumdünya Konqresinin Bakıda keçirilməsinə məhz cənab Prezident razılıq və böyük maddi, mənəvi dəstək vermişdir.

Ölkəmizin ləyaqətli liderini 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, Azərbaycanımızın daha da çiçəklənməsi yolunda yorulmaz fəaliyyətində ona yeni parlaq zirvələr fəth etməyi, uzun ömür və can sağlığı arzulayırıq.

https://video.azertag.az/site/video/4607