Dünya olimpizminə ağır itgi - François Carrard əbədiyyətə qovuşdu...

  • 11 yanvar 2022
  • 1312

 

Dünən axşam üzücü bir xəbər aldıq - Dünyanın Olimpiya Paytaxtı sayılan İsveçrənin Lozanna şəhərində yaşayan, uzun illər Beynəlxalq Olimpiya Komitəsinin (AOC) baş direktoru işləmiş, İdman Arbitraj Məhkəməsi və Ticarət Palatasının müşaviri kimi Beynəlxalq Olimpiya Komitəsinə, Beynəlxalq İdman Mətbuatı Assosiasıyasına daim dəstək göstərən çox dəyərli dostumuz Dr. François Carrard əbədiyyətə qovuşdu. Dr. Carrard Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının da dostu idi. 2014-cü ilin 26  aprel - 1 may tarıxlərində AİJA-nın dəvəti ilə fəxri qonağımız kimi Bakıya gəlib. ölkə başçımız Cənab İlham Əliyevin maddi və mənəvi dəstəyi ilə Marriot hotelində keçirdiyimiz Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının - AİPS-in 77-ci Ümumdünya Konqresində iştirak edib. Onunla son görüşümüz isə 2020-ci ilin 4 fevralında Macarıstan paytaxtı Budapeçtdə oldu. İdman hüququ sahəsində təcrübəli və peşəkar mütəxəssis lazım gələndə bizə öz dəyərli məsləhətlərini əsirgəməz, lazım gələrsə, dəstək də verə biləcəyini deyərdi. Ən əsası, gözəl insan idi. Nur içində yatsın. Rest in Peace!