AIPS Europe-dən Azərbaycanı dəstəkləyən BƏYANAT

  • 16 aprel 2023
  • 890

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) qitə təşkilatı olan Avropa İdman Mətbuatı İttifaqı (AIPS Europe) İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə nəticələnən hadisəni pisləyən bəyanat yayıb.

Bəyanatın mətni ilə tanış olun:

“Avropa İdman Mətbuatı İttifaqı (AİPS Europe) 2023-cü il aprelin 14-ü Yerevanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı yaşanmış insidentlə bağlı Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) və Avropa Ağır Atletika Federasiyasının (EWF) ciddi narahatlığını bölüşür.

AIPS Europe bunu idman dəyərlərinə qarşı məsuliyyətsiz və təəssüf doğuran addım kimi qiymətləndirir.

AIPS Avropa idman ruhunda sülh və insan hüquqlarına hörmət kimi Avropa dəyərləri ilə həmrəyliyini davam etdirməkdə qətiyyətini saxlayır.

İnanırıq ki, idman dəyərləri dinc dünyanın qurulmasına töhfə verməkdə davam edəcək".

"The AIPS Europe shares the Azerbaijan Sport Journalists Association’s and European Weightlifting Federation’s significant concerns for the incident that happened during the Opening Ceremony of the European Weightlifting Championships in Yerevan on April 14, 2023 and considers that situation as a regrettable and irresponsible action against the values of sport.

The AIPS Europe remains resolute in solidarity with common European values such as peace and respect for human rights, in the spirit of sport.

We believe that the values of sport will continue to contribute to building a peaceful world"