Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnir keçiriləcək

  • 23 aprel 2023
  • 578

Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şahmat turniri keçiriləcək.

ETOPAZ-ın baş sponsorluğu və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışa mayın 9-u, saat 15.00-da Məmmədyarovlar Şahmat Məktəbində start veriləcək.

Qeyd edək ki, ETOPAZ əvvəlki illərdə də Ulu Öndərin xatirəsinə həsr olunmuş və hər il Ümummilli Liderin doğum günü ərəfəsində keçirilən idman jurnalistləri arasında bu ənənəvi turnirə baş sponsorluq edib.

Yarışda iştirak etmək istəyən media nümayəndələrindən aija.anar@gmail.com elektron poçt ünvanına aşağıdakı məlumatları göndərmələri xahiş olunur:

1) Ad və soyad;

2) Şəxsiyyət vəsiqəsinin surəti;

3) Təmsil etdiyi KİV-dən verilən vəsiqənin surəti

Qeydiyyat üçün mayın 8-i, saat 18.00-a kimi müraciət oluna bilər.