AIPS-in 85-ci konqresində Bakıda keçiriləcək MINEPS VII-nin təqdimatı olub

  • 10 may 2023
  • 772

UNESCO İdman bölməsinin rəhbəri Filip Mullerin Koreya dövlətinin paytaxtı Seulda keçirilən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 85-ci konqresində UNESCO-nun tədbirləri haqqında təqdimatı dinlənilib.

Təqdimat zamanı 26-29 iyun 2023-cü il tarixlərində Azərbaycanda, Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Məsul Nazirlərin və Yüksək vəzifəli şəxslərin 7-ci Beynəlxalq Konfransı (MINEPS VII) haqqında danışan Filip Müller AIPS milli nümayəndələrini Bakıdakı konfransa dəvət edib. AIPS Prezidenti Canni Merlo MİNEPS VII-də iştirak edəcəyini bildirib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti, AIPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə UNESCO nümayəndəsinə təqdimat və dəvətinə görə təşəkkürünü bildirib. 

Konqres may ayının 12-nə kimi davam edəcək.