Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) və Pakistan İdman Yazarları Federasiyası (PSWF) arasında imzalanan dostluq və birgə əməkdaşlıga dair Memorandum çərçivəsində Bakıda qonaq olan bir qrup pakistanlı idman jurnalisti bugün AİJA güləş məktəbini ziyarət ediblər.
Məktəbin rəhbəri Azərbaycanın Əməkdar məşqçisi, "Olimpsport" jurnalının təsisçisi və baş redaktoru, AİJA İcraiyyə Komitəsinin üzvü Ramin Allahverdiyev qonaqlara məktəbin fəaliyyəti və Azərbaycan güləşi, güləşçiləri haqda ətraflı məlumat verib.