Azərbaycan nümayəndə heyəti AIPS Konqresində

  • 07 fevral 2020
  • 2247

ESTAFET/ 3 - 6 fevral 2020-ci il tarixlərində Macarıstan paytaxtı Budapeştdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 83-cü Ümumdünya Konqresi baş tutub. Konqresdə ölkəmizi rəsmi olaraq Azərbaycan İdman Jurnalistləri Assosiasıyasının prezidenti, əməkdar jurnalist Eldar İsmayılovun rəhbərlik etdiyi 2 nümayəndə, 4 müşaiyətçidən ibarət heyət təmsil etmişdir. Tədbirdə həmçinin yerli təşkilatçının dəvəti etdiyi qonaqlar və AİJA-nın razılığı əsasında bəzi görüşlərdə çəkilişlər aparan reportyorumuz da iştirak ediblər.

Konqresdə Azərbaycan adından 1-ci rəsmi nümayəndə qismində AİJA-nın prezidenti Eldar İsmayılov, 2-ci rəsmi nümayəndə qismində isə AİJA-nın birinci-vitse prezidenti Nərgiz Mahmudzadə iştirak edirdilər.