AİJA milli və beynəlxalq mükafatlar təsis edib

  • 02 fevral 2020
  • 1977

Ölkəmizin idmanı və Olimpiya hərəkatını işıqlandıran kütləvi informasiya və yaradıcılıq qurumlarında çalışan, eləcə də müstəqil fəaliyyət göstərən yaradıcı insanların müstəqil, milli ictimai birliyi missiyasinı inamla həyata keçirən, idman mediamızı beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil edən, bu il özünün 25 yaşını qeyd etməyə hazırlaşan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası “AİJA Milli İdman Mükafatı” və “AİJA İnternational Sports Award” mükafatlarını təsis edib.

AİJA “İJA Milli İdman Mükafatı”ı hər il ölkə idmanının və Olimpiya hərəkatının inkişafında, təbliğində seçilən ən öncül idman xadimlərinə, yaradıcı peşə sahiblərinə, sponsorlara, “AİJA İnternational Sports Award” isə dünya və qitə səviyyəsində fərqlənən şəxslərə təqdim edəcək. AZƏRTAC