İdman ilinə yekun vurulur: 2020-ci ilin idman laureatları

  • 21 dekabr 2020
  • 3107

2020-ci il ölkəmizin tarixində acılı-şirinli izlərlə yadda qalacaq. Bəşəriyyətə meydan oxuyan koronavirus (Covid-19) pandemiyası həyatımızın bütün sahələrində olduğu kimi idmanda da ağlasığmaz məhdudiyyətlərə səbəb olub. Bununla belə, ara-sıra milli və beynəlxalq yarışlar keçirilmiş, onlayn görüşlər, konfranslar təşkil edilmişdir. Mediamız ölkə, qitə və dünya miqyasındakı bu olaylara seyrçi qalmamış, idman həvəskarlarını intizarda saxlamamış, ölkə və dünya Olimpiya hərəkatı və idmanının   pandemiya dövründə vəziyyəti, baş verən mühüm hadisələr barədə maraqlı çıxışlara geniş yer vermişdir. Elə müstəqil idman yazarlarımız da var ki, onlar saytlar, sosial media üzərindən daha çox faydalı informasiyalar paylaşaraq bu sahədə boşluğu doldurmağa çalışirlar.

2020 Azərbaycan üçün 44 günlük Vətən müharibəsində şanlı qələbəmiz, 30 ilə yaxın erməni işğalında olan doğma Qarabağ torpaqlarımızın azad edilməsi ilə olduqca əlamətdardır və ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılmışdır. Bu böyük qələbədə jurnalistlərimizin, digər yaradıcı insanların, o cümlədən idman yazarlarımızın da xüsusi rolu olmuşdur. Odur ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AİPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 25 yaşının tamam olduğu yubileyi ilində ənənəvi qalib nominasiyalarını həmişəkilndən fərqli təqdim edir.

VƏTƏN UĞRUNDA CANINI FƏDA ETMİŞ BÜTÜN ŞƏHİDLƏRİMİZİN RUHUNA DƏRİN EHTİRAMLA

şəhid ÜLVİ MƏMMƏDOVun atası, komanda.az saytının yazarı Vüqar MƏMMƏDOV xüsusi diplomla təltif edilir

VƏTƏN MÜHARİBƏSİNDƏ ÖN CƏBHƏDƏ ŞÜCAƏT GÖSTƏRMİŞ İDMAN MEDİASI ƏMƏKDAŞLARI

Süleyman VƏLİYEV                                    CBC SPORT
Xəyal SADIQOV                                          CBC SPORT
Mehman ƏŞRƏFOV                                   sportal.az
Daşqın ƏZİZ                                                    offsideplus.az
Mahal MƏMMƏDOV                                  Azərbaycan Futzal Federasiyasının mətbuat katibi
Vüsal QURBANOV                                     ATV
Emin SƏFƏROV                                          qafqazinfo.az

2020-Cİ İLİN İDMAN LAUREATLARI

İLİN İDMAN JURNALİSTİ
Anar İsgəndərov (Şəbanoğlu)                                         Müstəqil jurnalist

İLİN İDMAN TELEJURNALİSTİ
İlkin Xəlilov (Fikrətoğlu)                                                   ATV

İLİN TELEAPARICISI
Əminə Kazımova                                                              CBC SPORT

İLİN TELEŞƏRHÇİSİ
Rüstəm Əfsərli                                                                  CBC SPORT

İLİN RADİO JURNALİSTİ
İlkin Baba                                                                          Azərbaycan Radiosu  

İLİN MƏTBUAT KATİBİ
Elmar Abdullazadə                                                         “Zirə” Futbol Klubu

İLİN İDMAN FOTOREPORTYORU
Rüstəm Fərman İsmayılov                                              azpress.az  

İLİN İDMAN İNFORMASİYA AGENTLİYİ
Azərbaycan Dövlət İnformasiya Agentliyi - AzərTAC

İLİN İDMAN TELEKANALI
İTV

İLİN İDMAN RADİOSU
Azərbaycan Radiosu

İLİN İDMAN QƏZETİ
“Futbol+”

İLİN İDMAN SAYTI
qol.az   

İLİN İDMAN KİTABI
“Şuşali laynsman Tofiq Bəhramov”,  Müəllif Əbülqasım Novruzov, Bakı – 2020, “Avropa” Nəşriyyatı

İLİN İDMAN XADİMİ
Fariz Nəcəfov                                                 “Qəbələ” Futbol Klubunun prezidenti, Vətən   müharibəsinin könüllü iştirakçısı

İLİN İDMANÇISI  (kişilər)
1. Orxan SƏFƏROV (cüdo)                             Avropa çempionu
2. Tayfur ƏLİYEV (boks)                                 Olimpiadaya lisenziya qazanıb
3. İslambek DADOV (sərbəst güləş)             Fərdi Dünya Kuboku, gümüş medal

İLİN İDMANÇISI  (qadınlar)
1. İrina  KİNDZERSKA (cüdo)                         Avropa çempionatı, gümüş medal
2. Zöhrə AĞAMİROVA (bədii gimnastika)   Avropa çempionatının finalçısı
3. İrina  ZARETSKA (karate)                          Beynəlxalq turnirin qalibi

İLİN KOMANDASI
Bədii gimnastika üzrə milli komanda          Avropa çempionatı, gümüş medal

İLİN MƏŞQÇİSİ
Mariana VASİLYEVA                                       Bədii gimnastika, millinin baş məşqçisi

İLİN İDMAN QURĞUSU
Türkiyənin Başakşəhər Fatih Terim stadionu
(Turkiye: Başakşehir Fatih Terim Stadyumu)

Qalibləri təbrik edir, fəaliyyətlərində davamlı uğurlar arzulayırıq!