Azərbaycan Respublikası Atçılıq Federasiyası

Prezident: 
Quliyev Elçin İsağa oğlu

Ünvan:
AZ1142, Bakı ş. Babək pr. 23/16

Telefon:
+994 12 565 30 01 

E-mail:
info@araf.az

Sayt:
www.araf.az

Mətbuat katibi:
 

1996-cı ilin Oktyabr ayının 26-da Azərbaycan Respublikası Atçılıq İdman Federasiyası yaradıldı.

Atçılıq Federasiyasının fəaliyyətində əsaslı dönüş isə 2009-cu ilin mart ayının 5-dən sonra başladı. Həmin gün Milli Olimpiya Komitəsində keçirilən növbəti hesabat-seçki yığıncağında səsvermənin nəticələrinə əsasən, Elçin Quliyev Federasiyanın prezidenti seçildi və idarə heyətinin yeni tərkibi yaradıldı. Az vaxt ərzində Federasiyanın yeni nizamnaməsi təsdiq olundu. Federasiyanın adı dəyişdirilərək Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) adlandırıldı. Yeni rəhbərliyin seçilməsi ölkəmizdə atçılığın inkişafının yeni istiqamətlərini müəyyənləşdirdi. ARAF atçılığın yalnız idman sahələrinin deyil, qeyri-idman və qeyri-olimpiya növlərinin, o cümlədən milli atçılığın inkişaf etdirilməsi kimi böyük missiyanı da öz öhdəsinə götürdü.

ARAF 1997-ci ildə FEI-yə (Beynəlxalq Atçılıq Federasiyası) üzv olub. 

ARAF 2010-cu ilin fevral ayında IFHA-ya (Cıdır Yarışları Təşkil Edən Qurumların Beynəlxalq Federasiyası), 2013-cü ilin dekabr ayında isə Beynəlxalq Polo Federasiyasına (FIP) üzv seçildi.