Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası

Prezident:
Əhmədov Vüqar Cəbrayıl oğlu

Ünvan:
AZ1003 Bakı ş. Əhəd Yaqubov küçəsi 15

Telefon:
+994 50 250 50 58

E-mail:
office@akaf.az

Sayt:
www.akaf.az

Mətbuat katibi:
Vüsal Qurbanov

1930-cu illərin sonundan Azərbaycanda avarçəkmə idmanı ilə peşəkar olaraq məşğul olunmağa başlanıb. 1933-cü ildə 3 yaxt klub istifadəyə verilib. O dövrdə Bakı buxtasında yarışan avarçəkənlərin mübarizəsini dənizkənarı bulvardan müşahidə etmək mümkün olub. 1959-cu ildə Azərbaycan avarçəkənləri ilk ümumittifaq yarışa qoşulub. 1959-cu ildə akademik avarçəkənlərimiz Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) xalqlarının II spartakiadasında çıxış ediblər. Onlar arasında Yevgeni Əmir Şah, Tamerlan Kusov, Gedalio Sadıxoğlu, Vladislav Şvetsov kimi avarçəkənlər də olub. 1964-cü ildə Mingəçevir şəhərində "Kür” avarçəkmə hazırlığı üzrə Olimpiya Mərkəzinin istifadəyə verilməsi Azərbaycanda avarçəkmənin inkişafına böyük təkan verib.

Ümummilli lider Heydər Əliyevin ilk hakimiyyəti illərinə təsadüf edən bu dövrdə Azərbaycanda 11 peşəkar avarçəkmə klubu fəaliyyət göstərib. 1970-ci ildən etibarən "Mingəçevir reqatası” ümumittifaq statusu alıb. Lakin bu turnirə təkcə keçmiş SSRİ-nin avarçəkənləri qatılmayıb. Müxtəlif illərdə Bolqarıstan, Çexoslovakiya, hətta Kuba təmsilçiləri də "Mingəçevir reqatası”nda iştirak ediblər. 2006-cı ildə Mingəçevir şəhərinə səfəri zamanı ölkə başçısı İlham Əliyev bazanın yenidən qurulması barədə göstəriş verib. 2006-cı il dekabrın 9-da Azərbaycan Milli Avarçəkmə Federasiyası təsis edilib. 2007-ci ildə Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) üzvü olub. Bundan sonra Azərbaycan avarçəkənləri çoxsaylı beynəlxalq yarışlar, o cümlədən Dünya, Avropa çempionatları və Olimpiya Oyunlarında iştirak edərək yüksək nəticələr göstərib. 2022-ci ildə Beynəlxalq Kanoe Federasiyası (ICF) və Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) tamhüquqlu üzvü olan Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) adı rəsmi olaraq dəyişdirilərək Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) adlandırılıb.