İlin yekunları - 2025

İdman mediası yaradıcı əməkdaşlarının peşəkar birliyi – Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AIPS Europe - UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA çoxillik ənənəsinə sadiq qalaraq 2025-ci ilin idman laureatlarının adlarını açıqlayır:

AİJA İdman mükafatları – 2025

İlin idmançısı

Kişilər
Sübhan Mamedov –  boks (dünya və Avropa çempionu)
Həsrət Cəfərov –  yunan-Roma güləşi (Avropa çempionu, Dünya Çempionatının gümüş mükafatçısı)
Tofiq Əliyev – gimnast (dünya çempionu, Dünya Oyunlarının gümüş mükafatçısı, dünya rekordçusu)

Qadınlar
Günay Qurbanova – qadın güləşi  (U20, U23 Avropa Çempionatlarının və Reytinq turnirinin qalibi)
Südabə Ağayeva – cüdo (VI İslam Həmrəyliyi Oyunlarının, Türk Dövlətləri Universiadasının və Açıq Asiya turnirinin qalibi)
Aynur Mikayılova – boks (VI İslam Həmrəyliyi Oyunlarının finalçısı, beynəlxalq turnirlərin mükafatçısı)

İlin klubu – “Sabah” Basketbol Klubu (Azərbaycan basketbolu tarixində ölkəmizi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində təmsil edib)
İlin komandası – Şahmat üzrə qadınlardan ibarət milli komanda (Dünya Çempionatının gümüş mükafatı)
İlin federasiyası – Azərbaycan Boks Federasiyası
İlin informasiya agentliyi – AZƏRTAC
İlin televiziya kanalı – İdman TV
İlin idman qurumu – Azərbaycan Deflimpiya Komitəsi
İlin məşqçisi – Qurban Qurbanov (“Qarabağ” Futbol Klubu)
İlin hakimi – Fuad Aslanov (boks)

İlin jurnalisti
İdman saytları üzrə –  Rasim Sultanzadə (APASport.az)
İctimai-siyasi saytlar üzrə – Elmir Əliyev (Haqqin.az)
Qəzetlər üzrə – Müzəffər Quluzadə (Futbol+)
Televiziya üzrə – Arifə Lətifova (CBC Sport)
Radio üzrə – Elşən Həmzəyev (ASAN Radio)

İlin şərhçisi – Tural Dadaşov (İctimai TV)
İlin fotoreportyoru – Dilavər Nəcəfov
İlin saytı (İdman saytları üzrə) – futbolinfo.az
İlin saytı (İctimai-siyası saytlar üzrə) – qaynarinfo.az