Estafet - İdman İnformasiya Portalı

www.estafet.az

Ünvan:
S.Vurğun küçəsi 34A (AF Mall), 18-ci mərtəbə

Telefon:
+994 70 228 20 15

E-poçt:
info@estafet.az

Redaktor:
Natiq NƏSİROV
+994 50 398 47 74
nnasirov@gmail.com

www.estafet.az İdman İnformasiya Saytı 22 avqust 2015-ci ildə yaradılmışdır və "online" fəaliyyət göstərməkdədir.

Estafet.az saytı bütün idmansevərlərin saytıdır və idmanla bağlı saytın istiqamətlərinə uyğun hər bir məlumatın işıqlandırılmasına açıqdır. İdmanla bağlı məlumatların işıqlandırılmasında heç bir məhdidiyyət olmadığından, bütün oxucularımızdan ən gözəl idman örnəklərini gözləyirik. Ümid edirik ki, sizinlə əməkdaşlığımızın yüksək nəticələrinə birlikdə şahidlik edəcəyik.

Estafet.az öz fəaliyyətini xəbər yayımı, idman növləri və idmançılarla tanışlıq, həvəskar və peşəkar idmançılar üçün mütəxəssis məsləhətləri, peşəkar təhlil və analizlərin hazırlanması ilə həyata keçirir. Saytda istər öz yazılarımız, istərsə də digər mənbələrin materialları müvafiq istinadla yayımlanır.

Səhifənin yaranmasında əsas məqsəd, Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də aparılan islahat və təşəbbüslərə yaxından dəstək olmaq, vətəndaşlarda idmana marağın artırılması və peşəkar idmançılarla yanaşı həvəskar idmançılara da geniş tribunanın yaradılmasıdır. Çünki, idmanın təşviqində peşəkar idmançılarla bərabər həvəskar idmançıların da üzərinə böyük mənəvi məsuliyyət düşür. Biz hər zaman həm peşəkar, həm də həvəskar idmançıları çevrəmizə və övladlarımıza yaxşı nümunə göstəririk. Sayt olaraq, bu nümunələri insanların şəxsi idman uğurları prizmasından bir daha göstərmək və idmanın, sağlam həyat tərzinin təbliğində daha yaxından iştirak etmək istəyirik.

Eyni zamanda, məqsədimiz Azərbaycan və dünya idmanında baş verən yenilikləri operativ və obyektiv işıqlandırmaqdır.