Saatlı Olimpiya İdman Kompleksi

İstifadəyə verilib:
29 avqust 2013

Ünvan:
AZ

Telefon:
(+994 ) 

Direktor:

Saatlı Olimpiya İdman Kompleksi ümumi ərazisi 6 hektardır. Ümumi sahəsi 3340 kvadratmetr olan universal idman zalında 432 oturacaq var. Eyni zamanda, 400 tamaşaçı yarışları lojalardan izləyə bilər. Burada idmançılar üçün iki soyunub-geyinmə, məşqçi və digər yardımçı otaqlar var. İnzibati hissənin birinci mərtəbəsində geniş vestibül, informasiya mərkəzi, məlumat-qeydiyyat hissəsi, istirahət otağı yerləşir. İkinci mərtəbədə trenajor zalı, kafe, müdiriyyət və işçi otaqları, konfrans zalı və güləş zalı var. Kompleksə 900 yerlik açıq stadion, tennis kortu, basketbol meydançası da daxildir.

Müasir standartlara uyğun inşa edilmiş üzgüçülük zalının tamaşaçı tutumu 200 nəfərdir. Kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilib. Hər kottec dörd nömrədən ibarətdir.