Nərgiz MAHMUDZADƏ

1-ci vitse-prezident

Nərgiz Eldar qızı Mahmudzadə. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təsisçilərindən biri və 1-ci Vitse-prezidentidir. 2022-ci ilin oktyabr ayında Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) Roma (İtaliya) şəhərində keçirilən 84-cü Konqresində baş tutan seçkilər zamanı AIPS-in qitə bölməsi olan Avropa İdman Mətbuatı İttifaqının (AIPS/Europe) İcraiyyə Komitəsinə üzv seçilmişdir.