AİJA QALİBLƏRİ MÜKAFATLANDIRDI

  • 30 dekabr 2020
  • 2518

Dekabrın 30-da Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AİPS EUROPE-UEPS) üzvü və ölkəməzdə yeganə rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası ilin ən yaxşı media təmsilçilərindən bir qrupunu mükafatlandırıb.

AİJA-nın “Azərbaycan” Nəşriyyatındakı ofisində  keçirilən tədbiri giriş sözü ilə təşkilatın prezidenti Eldar İsmayılov açıb. O pandemiya və Vətən müharibəsi səbəbindən fəaliyyətinin 25 illiyini qeyd edən AİJA-nın yubiley tədbirinin baş tutmadığını deyib. Sonra qeyd edib ki, ölkədə sərt karantin rejiminin tətbiqi ilə əlaqədar bugünkü tədbirdə AİJA-nın mediada açıqladığı ilin idman laureatlarından bir qrupu – jurnalistlər, teleradio əməkdaşları, media təşkilatları mükafatlandırılacaq. Digər nominantlar isə yeni  2021-ci ilin əvvəlində təltif ediləcəklər.

Eldar İsmayılov nominantları təbrik edərək onlara uğurlar arzulayıb.

Təltif olunanlar öz çıxışlarında fəaliyyətlərinə verdiyi yüksək qiymətə və göstərdiyi mənəvi dəstəyə görə idmanı işıqlandıran yaradıcı media təmsilçilərinin milli yaradıcılıq birliyinə - AİJA-ya təşəkkürlərini ifadə ediblər.

Vətən müharibəsinə görə təşkilatın nəzərə aldığı builki nominasiyalar əvvəlki 24 ildə olduğundan xeyli fərqlidir.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının 2020-ci ii lauretlarının tam siyahısı ilə buradan tanış ola bilərsiniz.