AİJA-nın qonaqlarının Pakistan səfirliyində qəbulu

  • 11 sentyabr 2023
  • 361

Xəbər verdiyimiz kimi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) və Pakistan İdman Yazarları Federasiyası (PSWF) arasında imzalanan dostluq və birgə əməkdaşlığa dair Memoranduma əsasən, 7-si gənc olmaqla 9 nəfər Pakistanın müxtəlif media orqanlarında fəaliyyət göstərən idman jurnalisti bu il sentyabrın 9-dan Bakıda təcrübə mübadiləsi səfərindədirlər.

Qonaqlar bugün Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində olublar. Qəbul zamanı bu ölkənin fövqəladə və səlahiyyətli səfiri Bilal Hayen qonaqlara bu səfərdən maksimum səmərəli istifadə etməyi, əldə etdikləri təcrübəni gələcək fəaliyyətlərində tətbiq etməyi tövsiyə edib.