AİJA İdman Mükafatları - 2023

  • 30 dekabr 2023
  • 401

Əziz həmkarlarımız, məsləkdaşlarımız!

Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2024-cü il münasibətilə təbrik edir, yeni ildə bol sevinc, can sağlığı və Azərbaycanımızın daha da çiçəklənməsi uğrunda fəaliyyətinizdə uğurlar arzulayırıq!

2023-cü il ölkəmizin tarixində maraqlı xatirələrlə yadda qalacaq. Qarabağımızın separatçı ünsürlərdən tam təmizlənməsi ilin ən böyük uğuru, bu uğurun əsas memarı olan Ali Baş Komandan İlham Əliyevin topa zərbəsi ilə Xankəndi şəhər stadionunda başlayan Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK oyunu isə ilin idman hadisəsi kimi tarixə həkk olundu.

Bütün sahələrdə yaddaqalan uğurlarımız var. İdmanda da müəyyən nailiyyətlərimiz olub.

Bu il ölkəmizdə bir sıra milli və beynəlxalq yarışlar keçirilib, görüşlər, konfranslar təşkil edilib. İdmançılarımız beynəlxalq yarışlarda gərgin mübarizəyə qoşulub, bir sıra uğurlara imza atıblar.

Mediamız ölkə, qitə və dünya miqyasındakı bu olaylara seyrçi qalmır, idman həvəskarlarını intizarda saxlamır, ölkə və dünya idmanında baş verən mühüm hadisələr barədə maraqlı çıxışlara geniş yer verir. Elə müstəqil idman yazarlarımız da var ki, onlar saytlar, sosial media üzərindən daha çox faydalı informasiyalar paylaşaraq bu sahədə boşluğu doldurmağa çalışırlar.

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AIPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ilin ənənəvi qalib nominasiyalarını təqdim edir.

AİJA idman mükafatları – 2023

İlin idman xadimi – Asif Əsgərov ("Qarabağ” FK-nın baş meneceri)

İlin idmançısı

Kişilər
1. Həsrət Cəfərov (yunan-Roma güləşi)
2. Zelim Kotsoyev (cüdo)
3. Nicat Abbasov (şahmat)

Qadınlar
1. İrina Zaretska (karate)
2. Gültac Məmmədəliyeva (cüdo)
3. Zöhrə Ağamirova (bədii gimnastika)

İlin klubu

  • Kişi – “Qarabağ” Futbol Klubu
  • Qadın – “Neftçi” 3X3 Basketbol Klub

İlin komandası

  • Kişi – yunan-Roma güləşi üzrə yığma komanda
  • Qadın – şahmat üzrə Azərbaycan yığma komandası

İlin futbol məşqçisi – Qurban Qurbanov (“Qarabağ” FK)
İlin futbol kəşfi – Azər Bağırov (“Araz-Naxçıvan” FK)
İlin idman məşqçisi – Rüstəm Alimli (cüdo)
İlin idman kəşfi – Xədicə Qədəşova (cüdo)
İlin futbol hakimi – Əliyar Ağayev
İlin idman hakimi – Nazim Umbayev (cüdo)
İlin idman həkimi – Ramil Vəliyev (cüdo)
İlin idman hüquqşünası – Elcan Həsənli
İlin idman federasiyası – Azərbaycan Güləş Federasiyası
İlin idman layihəsi – “Qızlara ağ yaraşır” (Azərbaycan Cüdo Federasiyası)

İlin idman jurnalisti
Televiziya üzrə – Rəvan Mahmudzadə (CBC Sport)
Qəzetlər üzrə – Kənan Ağəliyev (Futbol+)
İdman saytları üzrə – Anar Xanlarov (Rekord.az)
İctimai-siyasi saytlar üzrə – Təbriz Quliyev (Report.az)
Xarici dilli media üzrə – Sahib Əsədbəyli (Azerisport.com)

İlin televiziya aparıcısı

  • Kişi – Nurlan Hacıyev (İdman TV)
  • Qadın – Fəridə Abdulla (İctimai TV)

İlin idman şərhçisi – Sənan Əliyev (basketbol)
İlin fotoreportyoru – Ehtiram Cəbiyev (Report.az)
İlin informasiya agentliyi – AzərTAC
İlin telekanalı – İctimai TV
İlin qəzeti – Futbol+

İlin saytı
İdman saytları üzrə – Offsideplus.az
İctimai-siyasi saytlar üzrə – Publika.az