Xəzər Universitetinin Dünya Təhsil Kompleksində mayın 12-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş şahmat seansı keçirilib.
Seansda bu ali məktəbin təsisçisi Hamlet İsaxanlı, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti, Əməkdar Jurnalist Eldar İsmayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov iştirak ediblər. Seansı beynəlxalq qrossmeyster, Əməkdar Məşqçi Azər Mirzoyev, Avropa çempionu, Türkiyə milli komandasının məşqçisi, beynəlxalq qrossmeyster Nicat Məmmədov və FİDE ustası Elşad Rzayev aparıb.
Seansın keçirilməsində məqsəd məktəblilərin və gənclərin şahmata marağının artırılması və onların intellektual səviyyələrinin bir qədər də inkişaf etdirilməsinə nail olmaqdir.
Şahmat seansı AİJA-nın və Xəzər Universitetinin Dünya Təhsil Kompleksinin təşkilatçılığı ilə keçirilib. AZƏRTAC