Azərbaycan futbolu tarixinin “Neftçi” komandası ilə sıx bağlılığı danılmazdır. Sovetlər dönəmində bu komanda ittifaq üzrə öncüllər sırasında idi. Bu barədə çox yazılıb, çox deyilib.
Bu gün 85 yaşı tamam olan Çingiz İsmayılovu “Neftçi”nin canlı yadigarlarındandır. O, 1955-1962-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Bundan başqa, Bakının və Gəncənin “Dinamo”, həmçinin “Neft daşları” komandasında oynayıb. Amma, “Neftçi” ilə, bir də Azərbaycan Televiziyasındakı çoxsaylı idman şərhləri ilə şöhrət qazanıb. Həm fədəkar bir futbolçu, həm də məharətli idman jurnalisti kimi.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA bu il təşkilatın qocaman üzvü Çingiz İsmayılovun 85 illik yubileyini qeyd etməyi qərara alıb. Lakin məlum pandemiya ilə əlaqədar kütləvi tədbirlər müvəqqəti dayandırıldığından tədbiri başqa münasib vaxta keçirməyə qərar verdik.
Yubilyara üzün ömür, möhkəm can sağlığı arzulayırıq!